Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da paylaşım edib.

"Bütün Ukrayna raket təhlükəsi altındadır! MiQ-31K-nın uçuşu qeydə alınıb", - paylaşımda deyilir.

Qeyd edək ki, son günlər Rusiya Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi şəkildə raket və dron zərbləri endirir.

.