"Konstantinovka.in.ua" saytının istinadən verdiyi məlumata görə, Ukraynanın şərqində yerləşən Donetsk vilayətinin daha bir şəhəri silahlı qrupların nəzarətinə keçib. Bu dəfə hədəf Konstantinovka şəhəri olub. Kamuflajlı və silahlı şəxslər əvvəlcə şəhərin polis idarəsi, ardınca isə meria binasına nəzarəti təmin ediblər.
Qeyd edək ki, ukraynalı silahlılara nə polis idarəsi, nə meriada müqavimət göstərilməyib. Hazırda hər iki administrativ binanın qarşısında barrikadaların qurulmasına başlanılıb.
.
