Yenizaman.az xarici mətbuata istinadən verdiyi məlumata görə, Ukraynanın şərqində yerləşən Donestk vilayətinin Qorlovsk şəhəri də etirazçıların nəzarətinə keçib. Belə ki, bu səhər silahlı şəxslər şəhər administrasiyasının binasına daxil olaraq rəhbərliyin girişinə maneə yaradıb.
Buna qədər Qorlovsk rusmeylli vətəndaşlar tərəfindən ələ keçirilsə də, şəhərə yeni təyin olunan mer Aleksandr Sapunov bölgəni tərk etmişdi.
.
