Ukraynanın Donbas vilayətinin Svetlodarsk şəhərində rus separatçıları ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 


Bildirilib ki, atəşkəs rejimi separatçılar tərəfindən pozulub: "Yerli vaxtla 06:00-da rus separatçıları mövqelərimizə artilleriya zərbələri endiriblər. Onların məqsədi nəzarətimizdə olan mövqeləri ələ keçirmək olub. Baş verən döyüşlər nəticəsində qarşı tərəf ciddi itki verərək, geri çəkilib. Hücum zamanı 25 separatçı öldürülüb, 30-u xəsarət alıb. 


Döyüşlərdə Ukrayna ordusunun 5 əsgəri həlak olub, 6 nəfər isə yaralanıb. Təşkil olunan əks-hücum nəticəsində Ukrayna ordusu şəhərdə yeni mövqelər ələ keçirməyə nail olub".


Qeyd edək ki, Donbas bölgəsində separatçılar ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 2014-cü il aprelin 6-dan bəri 10 mindən artıq insan həyatını itirib.



 

 

.