Bu dəqiqələrdə Ukraynadakı hadisələrlə bağlı dəhşətli videogörüntülüər yayılıb. Snayperlərin etiraza qalxan dinc adamları necə öldürməsi həmin kadrlardan da aydın görünür.
Görünən odur ki, dinc etirazçılara qarşı aramsız atəş açılır. Atan kimdir? Bu - məlum deyil. Bilinən odur ki, nişan alınan şəxslər Yanukoviçə qarşı etirazını bildirmək üçün Müstəqilliik meydanına çıxmış adamlardır. Onlar azadlıq istəyirlər. Deməli, aydın məsələdir ki, atanlar Ukraynanın indiki hakimiyyətini müdafiə edən qüvvələr tərəfindəndir. Bunlar ya güc strukturlarının əməkdaşları, ya da Yanukoviçin qoçularıdır.
YouTube videosaytından girişi məhdudlaşdırılan həmin dəhşətli anların videosunu təqdim edirik:

***

Ukraynada müxalifət liderləri ilə prezident Yanukoviç arasında ötən gecə əldə edilmiş razılaşmanı tanımayan radikallar bu gün səhər saatlarında yenidən küçələrə çıxıblar və qanlı qarşıdurmalar yenidən qızışıb.
Yenizaman.az Ukrayna hadisələrini yerində izləyən xarici KİV-lərə istinadən xəbər verir ki, Kiyevin Müstəqillik meydanında 30 mindən çox radikal sağçı toplaşıb və təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma şiddətlənib. Naməlum şəxslər meydandakı hərbçilərə atəş açıb, habelə snayperlərin açdıqları atəş nəticəsində yenidən onlarla adamın öldürüldüyü xəbər verilir.
Bu saatlarda şahidlərin bildirdiyinə görə, Maydanda azı 20 cəsəd var. "Röyter”in müxbiri meydanda 15 cəsəd gördüyünü xəbər verib. Jurnalistin bildirdiyinə görə, onların hamısı mülki geyimlidir. Daha 5 cəsəd isə "Ukrayna” otelinin yaxınlığındadır.
Lakin UNİAN agentliyinin müxbiri təkcə "Ukrayna” oteli yaxınlığında bu gün səhərdən 13 nəfərin öldürüldüyünü xəbər verib. "İnterfaks”ın müxbiri isə trolleybus dayanacağında 13 cəsədin olduğunu bildirib. Könüllü həkimlərdən birinin jurnalistə dediyinə görə, öldürülənlərin hamısının bədənində cəmi bir güllə yarası var. Bu da atəş açanın snayper olduğunu göstərir.
Maydan özünümüdafiə qərargahından bildirildiyinə görə, öldürülənləri milis snayperləri vurub. Müxalifətçilər 7 cəsəddən 6-nın kürəyində güllə yarasının olduğunu deyiblər. DİN-in məlumatında isə deyilir ki, bu gün səhərdən 29 xüsusi təyinatlı güllə yarası alıb, 1-i həlak olub.
"Atəş avtomat silahlardan və snayper tüfənglərindən açılır” - deyə DİN bildirib.
Nazirliyin saytında "Berkut” xüsusi təyinatlılarına meydanın yaxınlığındakı binalardan birinin damından atəş açıldığını əks etdirən video yayılıb.
"Batkışvşina” müxalifət partiyası isə "poqonlu banditlərin” nümayişçilərə konservatoriya binasının damından atəş açdığına dair sübutların olduğunu bildirir. Lakin DİN dinc nümayişçilərə qarşı silah tətbiqini qəti inkar edir.
Hökumət binalarının yerləşdiyi İnstitut küçəsi yenidən nümayişçilərin nəzarətinə keçib. Maydanda isə nümayişçilər öz qüvvələrini yenidən qruplaşdırırlar və barrikadalar qururlar. Hökumət kvartalının ətrafına Daxili Qoşunların əlavə qüvvələri yeridilib.




.