Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqının müharibənin başa çatması üçün kompromislərə hazır olduğunu hesab etdiyini bildirib.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Kanadanın “CBC News” telekanalına verdiyi müsahibədə danışıb.

“Düşünürəm ki, ukraynalılar ölkənin ləyaqətinin və müstəqilliyinin itirilməsi ilə nəticələnməyəcək istənilən kompromisslərə hazırdırlar”, -deyə o bildirib.

Zelenski eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli (ABŞ, Ukrayna, Rusiya) danışıqlar prosesinə münasibət bildirib. Dövlət başçısı jurnalistin danışıqlar prosesinə güvənib-güvənmədiyi ilə bağlı sualına belə cavab verib:

“Bu güvənib-güvənməmək məsələsi deyil. Biz üzərimizə düşən vəzifəni görməliyik... Düzdür, biz düşmənik, amma onu da yaxşı anlayırıq ki, danışıqlar olmadan, dialoq olmadan heç kim bu müharibəni dayandıra bilməz”.

.