Avropanı müdafiə edə biləcək müştərək silahlı qüvvələrin yaradılmasına ehtiyac var.

Bunu Ukrayna Prezidenti Volodimir Zelesnki Davosda Dünya İqtisadi Forumunda çıxışında deyib.

“Bu gün Avropa sadəcə bu fikirdədir ki, əgər təhlükə yaransa NATO hərəkətə keçəcək. Amma heç kim alyansı əməldə görməyib. Əgər Putin Litvanı almaq qərarı versə, yaxud Polşanı vursa kim cavab verəcək? NATO bu gün sadəcə ABŞ-ın hərəkətə keçəcəyinə arxalanaraq mövcudluğunu davam etdirir. Amma birdən ABŞ kömək etməsə onda necə olacaq?”, - Zelenski bildirib.

.