Ukraynada hərbçilər Mariupol şəhərində bir qrup rusiya meyilli etrizaçıları güllə baran edib. Bu barədə öz Facebook səhifəsində Ukrayna daxili işlər naziri Arsen Аvakov yazıb. Onun sözlərinə görə, hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb, 63 nəfər isə saxlanılıb. Nazir hazırda polislərin hadisə baş verən ərazidə faktla bağlı araşdırmalar apardığını qeyd edib: "Gecə hücuma cavab olaraq Ukraynanın Mariupol şəhərində DİN bölmələri hərbi hissəyə daxil olmaq istəyən 300 nəfərə yaxın dəstənin lokallaşdırılması üzrə əməliyyat keçirib".
Arsen Аvakovun sözlərinə görə, "təcavüzkarlar” molotof kokteyli ilə hərbi hissəyə hücum etmək istəyiblər. Bundan sonra polis xəbərdarlıq atəşi açıb. Daha sonra isə həyacan verilərək təhlükəzlik orqanlarına məlumat verilib.
.
