Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib.

Ukrayna Nazirlər Kabinetinin Rusiya ilə viza rejiminin tətbiqinə dair bu il iyunun 17-də qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.

Qeyd edək ki, may ayının sonlarında Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə viza rejiminin tətbiqinə dair vətəndaşların təşəbbüsünü dəstəkləmişdi.

.