"Ukrayna və Avropa İttifaqı arasında assosiativ saziş gələn həftənin cümə günü imzalanacaq." Yenizaman.az-ın verdiyi məlumata görə, bu sözləri Ukraynanın hökumət rəhbəri Arseni Yatsenyuk bildirib. O, əlavə edib ki, hazırda Avropa Birliyi ilə bu istiqamətdə son tamamlanma işləri aparılır.
Arseni Yatsenyuk mövzu ilə bağlı daha sonra bunları deyib: "Bir az əvvəl Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyla danışdım. O, bildirdi ki, Avropa Birliyinə üzv ölkələr Ukrayna və Avropa İttifaqı arasında assosiasiya sazişinin 21 mart tarixində imzalanmasına razılıq veriblər."
Buna qədər Varşavada təşkil olunan mətbuat konfransında Polşanın baş naziri Donald Tusk və Almaniya kansleri Angela Merkel də gələn həftə rəsmi Kiyevlə Aİ arasında assosiativ sazişin imzalanacağı xəbərini vermişdilər.
.