Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə (BƏƏ) danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.

Yenizaman Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.

"Bu gün ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri 314 əsirin mübadiləsi barədə razılığa gəliblər. Bu, son beş ayda ilk mübadilədir. Bu nəticə məhsuldar sülh danışıqları sayəsində əldə edilib", - Uitkoff qeyd edib.

Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üçün hələ xeyli səy tələb olunacaq, lakin dialoq nəticə verir. O qeyd edib ki, yaxın həftələrdə Rusiya və Ukrayna danışıqlarında irəliləyiş gözlənilir.

"Müzakirələr davam edəcək və yaxın həftələrdə əlavə irəliləyiş gözlənilir. Biz bu danışıqların keçirilməsinə görə BƏƏ-yə və bu razılaşmanın əldə olunmasına imkan verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik", - o əlavə edib.

.