ABŞ prezidentinin xüsusi elçisi Steven Uitkoff Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yaxın zamanda pozitiv xəbərlərin olacağına ümid etdiyini bildirib.
О, Fox News telekanalına müsahibəsində qeyd edib ki, “qarşıdakı həftələrdə bu məsələ ilə bağlı yaxşı xəbərlər” ortaya çıxa bilər.
Onun fikrincə, növbəti üç həftə ərzində yeni danışıqlar raundu keçirilə və bu, sonradan Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Volodymyr Zelenskinin görüşünə gətirib çıxara bilər.
“Biz hər iki tərəfə bəzi təkliflər təqdim etdiyimizi düşünürük. Ümid edirik ki, bu, yaxın üç həftə ərzində onların görüşünə və bəlkə də Zelenski ilə prezident Putinin sammitinə gətirib çıxaracaq. Müəyyən mərhələdə bu, hətta ABŞ prezidenti ilə üçtərəfli görüşə də çevrilə bilər, baxarıq. Düşünürəm ki, o, yalnız münaqişəni bitirə və ən yaxşı nəticəyə nail ola biləcəyinə əmin olduğu halda belə görüşdə iştirak etmək istəyəcək”, – deyə Uitkoff bildirib.
.
