UEFA İspaniyanın “Barselona” klubunun maliyyə qaydalarını pozmasına dair işə baxacağı tarixi müəyyənləşdirib.
“Marca” verdiyi xəbərə görə, UEFA “Barselona” ilə bağlı işə gələn ilin fevral ayında baxacaq
“Barselona” UEFA-nın maliyyə yoxlaması aparacağı yeganə komanda deyil. Siyahıda "Milan”, "Pari Sen-Jermen” və “Mançester Siti” də var.
UEFA-nın maliyyə qaydalarına əsasən, klubların xərclərini gəlirləri kompensasiya etməlidir.
Əgər klubun maliyyə qaydalarını pozması təsdiqini taparsa, komanda növbəti il Çempionlar Liqasında iştirak hüququndan məhrum edilə bilər.
.