Nazirlər Kabineti “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

Uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası müəyyənləşib.

Beləliklə, Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

- qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

- qeyri-yaşayış binasının ünvanı (olduqda); 4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

- qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

- qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

- qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

-qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyriyaşayış binasının yerləşdiyi ərazinin planı;

- qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

Qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.

.