Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, bu istiqamətdə əməkdaşlıq vacibdir.

Bu barədə Beynəlxalq Nəqliyyat Forumunda (ITF) çıxışı zamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Oraloğlu bildirib.

O, Şərq-Qərb istiqamətində Orta Dəhlizin də xüsusi önəm kəsb etdiyini qeyd edib:

“Biz bilavasitə şərqimizdə Gürcüstan və Azərbaycanla əməkdaşlıq edirik. Ermənistan normallaşma prosesinə daxil olub. Xəzəri keçdikdən sonra bütün Mərkəzi Asiya var. Burada bizim ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlığımız mövcuddur. Biz İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə İnkişaf Yolu Dəhlizi üzrə də əməkdaşlıq etdik. Şərqi və Cənub-Şərqi Avropa kimi xarakterizə etdiyimiz Bolqarıstan, Macarıstan və Serbiya ilə Nazirlər Şurası yaratdıq və fəaliyyətlərimizi həyata keçiririk”, - o deyib.

.