Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 11:34-də alınıb.

Zəlzələ ilə bağlı hələlik dağıntı və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

.