Türkiyənin Muğla əyalətinin Datça rayonunda başlayan meşə yanğını şiddətlənib.

Yanğın daha geniş əraziyə yayılıb, nəticədə bir ev yanıb. Hal-hazırda yanğına yaxın olan ərazilərdən insanların təxliyəsi başlayıb.

Qeyd edək ki, yanğına 7 təyyarə, 14 helikopter və 400 nəfərlik canlı qüvvə ilə müdaxilə edilir.

.