Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andriy Sibiqa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Ukrayna üçün müzakirə olunan təhlükəsizlik təminatları çərçivəsində Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib. Bu məsələdə müttəfiqlərimizlə razılığa gəlmişik və müvafiq müttəfiq ölkələrin hərbi dəniz qüvvələri tərəfindən planlaşdırma işləri aparılır", - nazir qeyd edib.

.