Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.

Diplomatik nümayəndəliyin "X" hesabı vasitəsilə yayımlanan paylaşımda həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb:

"Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik" - Türkiyə Səfirliyinin paylaşımında belə deyilir.

 

.