
Qarabağın daha əvvəl dünyaya açılan qapıları Füzuli və Zəngilan beynəlxalq hava limanlarını İlham qardaşımla birlikdə açmışdıq. Bu gün də nə xoşbəxtik ki, Laçın Beynəlxalq Hava Limanını açmaq yenə bizlərə nəsib oldu.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıq qururlar: “İlham qardaşımın töhfələri ilə münasibətlərimizi hər keçən gün sadəcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə qaldırırıq”.
.