Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri noyabrın 27-28-də Pakistanın paytaxtı İslamabadda bir araya gələcəklər.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Pakistan mənbələri məlumat yayıb.
Görüş zamanı Məkkədə imzalanmış qarşılıqlı müdafiə sazişlərinin müzakirə olunacağı gözlənilir.
