Türkiyə Superliqasının XIII turunda keçiriləcək “Beşiktaş”-“Qalatasaray” matçının hakim təyinatı açıqlanıb.
Apasport.az xəbər verir ki, İstanbul derbisi Oğuzhan Çakıra həvalə olunub.
Çakırın köməkçiləri Anıl Usta və Bersan Duran olacaq. Dördüncü hakim funksiyasını isə Alper Akarsu yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 30-da İstanbulun “Tüpraş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
.
