"Türkiyənin Suriya münaqişəsində kürdlərə qarşı düşmən münasibət sərgiləməsi, prezidentimizin və nazirlərimizin bununla bağlı açıqlamalar verməsi iddiaları tamamilə əsassızdır".
Bu barədə Türkiyə Prezident Adminstrasiyası Kommunikasiya İdarəsi Dezinformasiya ilə mübarizə şöbəsi məlumat yayıb.
Açıqlamada terrorizmi və terror təşkilatlarını hədəf alan bəyanatlar kontekstdən çıxarılaraq dezinformasiya məqsədilə müxtəlif media orqanları və sosial media hesabları vasitəsilə yayıldığı bildirilir:
“Biz ictimaiyyətdən və əsrlər boyu ortaq dəyərləri paylaşdığımız dostlarımız, qardaşlarımız və qonşularımızdan bu pis və həqiqətə uyğun olmayan iddialara məhəl qoymamalarını hörmətlə xahiş edirik”.
.
