"Türkiyə Azərbaycandan radikal qrupların Suriyaya getməsinin qarşısının alınması üçün rəsmi Bakı ilə əməkdaşlıq etməyə hazırdır”.
Bu sözləri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Gəncədə Gürcüstan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Yenizaman.az saytının toplantıda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, nazir deyib ki, əgər Azərbaycan xüsusi xidmət orqanları azərbaycanlıların Suriyaya göndərilməsi ilə bağlı müvafiq məlumatları təqdim etsə, o zaman Türkiyə belə şəxslərə qarşı sərt tədbirlər görməyə hazırdır.
"Lakin Türkiyəyə gedən bütün azərbaycanlıları yoxlamaq niyyətində deyilik. Azərbaycanlılar bizim üçün qardaşdır. Biz ancaq Azərbaycan xüsusi xidmət orqanları tərəfindən adları təqdim edilən şəxslərə qarşı sərt tədbirlər görəcəyik” - deyə Ə.Davudoğlu bildirib.
Nazir deyib ki, Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi var və bütün sərhəd sahələrini nəzarətdə saxlamaq mümkün olmur.
"Biz əlimizdən gələni etməyə çalışacağıq ki, azərbaycanlı qardaşlarımız Suriyadakı müharibəyə getməsinlər” - deyə o, əlavə edib.
.