Türkiyədə növbəti prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin olunub. Yenizaman.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan məlumat verib. Əgər birinci turda namizədlərdən heç biri səslərin çoxunu qazanmasa, prezident seçkilərinin ikinci turu avqustun 24-də keçiriləcək.
Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə prezident ümumi səsvermə ilə seçiləcək. İndiki prezident Abdullah Gül 7 ildir bu vəzifədədir. Konstitusiyaya edilən dəyişikliyə görə, bundsan sonra prezidenti xalq seçəcək. Gül yeni müddətə namizədliyini irəli sürə biləcək. 2013-cü ildə Ərdoğan da prezidentliyə iddialı olduğunu açıqlayıb.
.
