Türkiyənin Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunları komandanı Ümid Dündar Türkiyə - Suriya sərhədində təmas xəttinə baxış keçiriblər.
Tel-Abyaddakı türkiyəli hərbçilərə radioqurğu vasitəsilə müraciət edən nazir bildirib ki, hələ heç nə bitməyib, hər an hər şey ola bilər.
"Ona görə də, hamı hazırlıqlı olmalıdır”, - deyə nazir vurğulayıb.
.
