Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsinin bort registratorlarından biri tapılıb və yaxın zamanda sudan çıxarılacaq.
AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə məlumat verib.
Bundan əlavə, təyyarənin qəzaya uğradığı ərazidə ölənlərdən üçünün meyiti və böyük miqdarda qalıqlar tapılıb.
Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154” təyyarəsi dekabrın 25-də Soçidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər olub. Hadisə şahidlərinin sözlərinə görə, heyətin komandiri təyyarəni suya endirməyə çalışıb.
.
