ABŞ-ın İslandiyaya səfir postuna namizədi Bill Lonq Konqres üzvləri ilə görüş zamanı İslandiyanın ABŞ-ın 52-ci ştatına çevriləcəyini, özünün isə həmin ştatın qubernatoru olacağını deyib.

Bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Bill Lonq ABŞ Konqresinin keçmiş üzvüdür və hazırda Donald Tramp tərəfindən ABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizəd göstərilib.

.