ABŞ-nin Prezidenti seçilmiş Donald Tramp Pentaqon rəhbərinin müavini vəzifəsinə Maykl Daffinin namizədliyini təqdim edib.

 M. Daffi hələ Ağ Evin İnzibati-Büdcə Departamentinin əməkdaşı olarkən, 2019-cu ildə ölkəsinin Ukraynaya 250 milyon ABŞ dolları ayrılması təşəbbüsünün reallaşmasına imkan verməməsi ilə tanınır.

Xatırladaq ki, bir sıra siyasi müşahidəçilər onun mümkün təyinatını rəsmi Vaşinqtonun Ukrayna siyasətində dəyişikliyə getmək niyyəti kimi dəyərləndirir.

.