Ukrayna ilə bağlı mümkün sülh sazişinin əldə olunmasını Rusiya deyil, Ukrayna ləngidir.

Bunu ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinə bildirib.

Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı təxminən dörd il davam edən hərbi əməliyyatları başa çatdırmağa hazır olduğunu deyib.

ABŞ prezidentinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski isə daha tərəddüdlüdür.

Agentlik qeyd edir ki, Trampın açıqlamaları Ukrayna liderinə qarşı artan narazılığa işarə edir. İki prezident arasında münasibətlər uzun müddət gərgin olub, baxmayaraq ki, Trampın yenidən vəzifəyə qayıtdığı ilk il ərzində bu əlaqələrin müəyyən qədər yaxşılaşdığı müşahidə olunur.

Bəzi hallarda Tramp Putinin verdiyi təminatları ABŞ-ın bəzi müttəfiqlərinin liderlərindən daha asanlıqla qəbul edib. Bu isə Kiyevdə, Avropa paytaxtlarında və ABŞ Konqresində, o cümlədən bəzi respublikaçı qanunvericilər arasında narazılıq doğurub.

.