“Mən ABŞ-la ticarətdən istifadə edərək Hindistan və Pakistan arasında razılaşma əldə etdiyim kimi, ağıl, birlik və sağlam düşüncə gətirərək, iki görkəmli liderlə danışıqlarda tez qərar qəbul edib münaqişəni dayandıra bildim”.

Bu barədə ABŞ prezidenti Donalt Tramp sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, həmçinin, ilk prezidentlik müddətiddə Serbiya və Kosovo arasında vəziyyət kəskinləşmişdi:

“İllərlə davam edən bu münaqişə müharibəyə çevrilə bilərdi. Mən bunu dayandırdım (Baydenin axmaq qərarları uzunmüddətli perspektivləri pozdu, amma mən vəziyyəti yenidən düzəldəcəyəm!).

Başqa bir nümunə isə — Misir və Efiopiya arasında nəhəng bəndə görə yaranan münaqişə idi, bu bənd möhtəşəm Nil çayına təsir edirdi. Mənim müdaxiləm sayəsində indi orada sülh mövcuddur və bu sülh davam edəcək.

Eyni şəkildə, tezliklə İran və İsrail arasında da sülh olacaq! Hazırda çoxsaylı telefon zəngləri və görüşlər keçirilir.

Mən çox iş görürəm, amma bunun üçün heç vaxt tanınmıram və bu normaldır — insanlar başa düşürlər. Yaxın Şərqi yenidən böyük edəcəyik!”

.