ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ondan İrana zərbə endirməməsini istəyib.

Bu barədə “Axios” yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tramp Netanyahunu İrana hücumu ləğv etməyə çağırıb.

Netanyahu isə Trampa deyib ki, o, zərbəni ləğv edə bilməz, müəyyən cavab lazımdır. İsrail Baş naziri zərbələri ləğv etməyib, lakin azaltmaq qərarına gəlib.

.