İran onları vurmağımızı istəmir.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“İran bizimlə danışıqlar aparır. Bizim oraya doğru yönələn gəmilərimiz var. İranlılar bizim onları vurmağımızı istəmir”, - Tramp qeyd edib.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar sabah Omanda keçiriləcək.
Avropanı çox sevirəm, amma onlar özlərini məhv edir
Avropa enerji və immiqrasiya sahələrində özünü məhv edir.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Mən Avropanı çox sevirəm. O ölkələrin hər biri ilə dostam. Amma reallıq budur ki, Avropa tanınmaz vəziyyətdədir. Mən Davosda olanda da bunu gördüm. İsveçrə, ümumiyyətlə, Avropa enerji və immiqrasiya məsələlərində özünü məhv edir. Mən bu problemlərin həllini istəyirəm. Amma tezliklə bu problemləri həll etmək mümkünsüz olacaq”, - Tramp bildirib.
.
