ABŞ-nin sabiq prezidenti Co Baydenin Ukrayna məsələlərində pis məsləhətçiləri olub.

Bu barədə ABŞ-nin hazırkı prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, münaqişə əslində baş verməməli idi.

“Co Baydenə çox yersiz məsləhətlər verildi. Onun Ukrayna üzrə müşavirləri bu işin öhdəsindən gələ bilmədilər və bu münaqişə baş verməməli idi”, - Tramp bildirib.

.