Donald Tramp administrasiyası Pentaqona daha əvvəl Co Bayden administrasiyasının İsrailə 2000 funt-sterlinqlik bomba satışına qoyduğu qadağanı ləğv etməyi əmr edib.

Bu barədə “Axios” üç İsrail rəsmisinə istinadən xəbər verir.

Məlumata görə, Baydenin keçən ilin may ayında 2000 funt-sterlinqlik bombaların göndərilməsini dayandırmaq qərarı Qəzzada 15 aydır davam edən qarşıdurma zamanı ABŞ-İsrail münasibətlərində ən ciddi böhranlardan birinə səbəb olub.

İsrail rəsmisi bildirib ki, Pentaqon ötən cümə günü qadağanın ləğvi barədə İsrail hökumətini xəbərdar edib. Rəsmi mənbələr hazırda ABŞ-da anbarda olan 1800 MK-84 bombasının yaxın günlərdə İsrailə göndəriləcəyini bildirir.

"İsrail tərəfindən sifariş edilən və haqqı ödənilən, lakin Bayden tərəfindən göndərilməyən bir çox şey indi yoldadır!" - Tramp bu barədə Truth sosial platformasında yazıb.

.