
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya göndərilən Amerika vergi ödəyicilərinin vəsaitlərini mənimsəməkdə günahlandırıb.
Respublikaçı bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp sosial şəbəkədəki səhifəsində "baydenomika" adlanan Baydenin iqtisadi kursunun işləmə mexanizmini özündə əks etdirəm şəkil paylaşıb.
Respublikaçı bildirib ki, "baydenomika" belə işləyir: amerikalılar vergi ödəyirlər, Bayden onları Ukraynaya göndərir, ukraynalılar bu vəsaitləri Baydenin oğlu Hanter Baydenə ötürürlər, o isə bu pulları atasına qaytarır. Bunun ardınca isə Bayden oğlunu əfv edir.
.