
ABŞ Prezidenti Donald Tramp bu il iyunun 1-dən Avropa İttifaqına (Aİ) qarşı 50 % həcmində rüsumlar tətbiq etməyi tövsiyə edib.
O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Aİ-nin tətbiq etdiyi ticarət maneələri, əlavə dəyər vergisi və digər tədbirlər ABŞ ilə illik 250 milyon dollardan çox ticarət balansı defisitinə səbəb olub ki, bu da tamamilə qəbuledilməzdir.
"Onlarla danışıqlarımız heç bir nəticə verməyəcək! Buna görə də mən 2025-ci il iyunun 1-dən başlayaraq Avropa İttifaqı üçün 50 %-lik tarif tətbiq etməyi tövsiyə edirəm. Məhsul ABŞ-də istehsal olunubsa, tarif tutulmur", - deyə o qeyd edib.
.