ABŞ Prezidenti Donald Trampın administrasiyası gömrük rüsumlarının məhkəmə qərarından asılı olmayaraq saxlanılmasına imkan verəcək alternativ strategiya – "B planı" üzərində işləyir.

APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yeni strategiya ABŞ-ın 1974-cü il Ticarət Qanununun bəzi müddəalarına əsaslanır.

Həmin müddəalara əsasən, Tramp digər ölkələrlə ticarət balansındakı uyğunsuzluqlarla mübarizə bəhanəsi ilə 150 gün müddətinə 15%-ə qədər gömrük rüsumları tətbiq edə bilər.

.