Vaşinqton İranla danışıqlar aparmır və aparmağı planlaşdırmır.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"İran İslam Respublikası ilə heç bir danışıqlar və ya təmaslar yoxdur və planlaşdırılmır", - Tramp yazıb.

Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası tam qüvvədədir. Bununla belə, Hörmüz boğazı açıqdır və fəaliyyətini davam etdirir.

"Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib", - o qeyd edib.

.