Azərbaycan Respublikasında akkreditasiya olunmuş beynəlxalq təşkilatların, habelə xarici dövlətlərin diplomatik və konsulluq nümayəndəliklərinin elektron kabinetə gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilmiş kod və parol vasitəsilə daxil olmasının təmin edilməsi təklif olunur.
Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, hazırda diplomatik və konsulluq nümayəndəlikləri tərəfindən kağız daşıyıcıda təqdim edilən çeklərin vergi orqanının əməkdaşları tərəfindən informasiya sisteminə əl ilə daxil edilməsi əlavə inzibati iş yükü yaradır, həmçinin bəzi hallarda çeklərin oxunması və emalı zamanı çətinliklərə səbəb olur.
ƏDV-nin geri qaytarılması prosesinin elektron qaydada həyata keçirilməsinin təmin edilməsi, həmin prosesin sadələşdirilməsi və avtomatlaşdırılması, habelə vergi inzibatçılığının səmərəliliyinin artırılması məqsədilə prosesin elektronlaşdırılması ilə əlaqədar olaraq, diplomatik nümayəndəliklərin gücləndirilmiş elektron imzadan istifadə etmələrinin mümkün olmamasını nəzərə alaraq, onların kod-parol vasitəsilə elektron kabinetə daxil olmaqla müvafiq ərizəni təqdim etmələri və zəruri sənədləri yükləmələri üçün vergi orqanı tərəfindən verilən kod-parol əsasında elektron kabinetə giriş imkanı yaradılması təklif edilir.
.
