ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp növbəti dəfə qarşıdan gələn seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə yeni raket hücumundan müdafiə sistemini yaratmağa söz verib.

Bu barədə D.Tramp Virciniya ştatının Çesapik şəhərində keçirilən seçki kampaniyasında çıxışı zamanı deyib.

"Növbəti [prezidentlik] müddətimdə biz ölkəmiz üzərində heç kimin görmədiyi gözəl “Dəmir günbəz” inşa edəcəyik. Bu, tamamilə ABŞ-da tikiləcək ən qabaqcıl raket qalxanı olacaq", - deyə o bildirib.

.