Qazaxıstan hökuməti Rusiya bazarını tərk edən xarici şirkətləri cəlb etmək üçün əlverişli şərait yaratmalıdır.

Rusiya mətbuatı xəbər verir ki, iyulun 14-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə göstəriş verib.

“Biz investisiya kapitalı üçün qlobal mübarizənin şahidiyik. Hər 1400 iri xarici şirkətdən hər ikincisi Rusiya bazarında öz fəaliyyətini ya dayandırıb və ya tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır”, - Kasım-Jomart Tokayev qeyd edib.

Eyni zamanda, Qazaxıstan lideri belə bir təşəbbüsün orta və yuxarı təbəqəli malların istehsalını artıracağına inanır.

Qeyd edək ki, Kasım-Jomart Tokayev bundan əvvəl hökumətə emal sənayesi üzrə investisiya layihələrinin siyahısının hazırlanması və potensial investorlarla birgə işləmək barədə göstəriş verib.

.