Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində iki çeçenistanlı uşaq olub.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Çeçenistanın uşaq Ombudsmanının nümayəndəsi Adam Xalikov açıqlayıb.

Onun sözlərinə görə, uşaqlardan biri xəstəxanaya yerləşdirilib, digərinin taleyi isə hələ məlum deyil.

.