İtaliyanın cənubundaki Salerno şəhərində Paris və Brüsseldə törədilən qanlı hücumlarda iştirak edən terrorçulara saxta sənəd hazırlamaqda şübhəli bilinən şəxs tutulub. Yenizaman.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin adı artıq məlumdur - Camal Eddin Uali.
Belçika rəsmiləri onu həbsinə dair qərarı artıq qəbul edib.
Hücumlarla bağlı üç ölkədə - Belçika, Fransa və Almaniyada 12 nəfər həbs edilib. Onlardan bəziləri daha sonra azad edilib.
.