Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsinin vaxtı məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 23-ü saat 10:30-a təyin edilib.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

.