Illərdən bəri ermənilərlə təmasda olan müxtəlif xalqlarda bu etnos mənfi fikirlər formalaşdırıb. Bu fikirlər, tanınmış insanlar tərəfindən söylənilən misallar, əlbəttə ki, təməlsiz və təsadüfi deyil. Çünki yaxın keçmişdən bəri regiona səpələnən ermənilər burada yaşayan xalqlar arasında satqın və riyakar imici qazanıb. Bu an yəqin ki, məşhur rus yazıçısı Aleksandr Puşkinin "Sən qorxaqsan, köləsən, ermənisən" sözlərini çoxlarınız xatırladınız.

Hələ Echmiadzin Sinod Prokuroru A. Frenkel 1907-ci ildə Rusiya İmperatoruna təqdim etdiyi sertifikatında yazırdı: "eqoistlik, hiyləgərlik, yalan danışma, xəsislik və neqativ düşüncə bu tayfanın əsas milli xüsusiyyətləri kimi səciyyələnir, çünki bir erməninin fəxr edəcəyi bir vətəni yox, yalnız xalqının illərdir kölə və mənfur bir parazit olduğu acı şüuru var."  “Bir müddət bu kilsə saxtakarların sığınacağı idi. Bu monastır məndə dini bir məskən deyil, siyasi bir mərkəz təəssüratı yaratdı. " Fransız alimi de Ban isə Echmiadzin Kilsəsinə ziyarətdən sonra bu fikirləri bildirib. Və ya rus tədqiqatçısı Vasiliy  Veliçko. "Qafqaz" kitabında deyir: “hər fürsətdə qışqırmağa meylli olan ermənilərdir. Onları başqasının evinə buraxmasan, hiyləgərliklərini ifşa etsən və ya oğrularını mühakiməyə versən–onda onlar yalnız özləri səs küy və şüvən qaldırmırlar, həm də öz millətindən olmayan digər axmaq və satqınları da bağırdırlar”. Bu fikir məndə lap bu günki bəzi rusiya KİV lərini xatırladır. 

“Ermənilər gürcülərə məxsus kilsə və monastırlarda gürcülərin izlərini məhv edir, daşların üzərindəki gürcü yazılarını silir, abidələrin üzərindəki yazıları erməni yazıları ilə əvəz edirlər”. Bu sözlər  gürcü yazıçı və mütəfəkkir İlya Çavçavadzeyə aiddir. Yəqin ki, Çavçavadze də hiss edirmiş ki, ermənilər nə vaxtsa gürcü torpaqlarına da iddia edəcəklər. 

Rusiya imperatoruna məktubunda şair və diplomat Aleksandr Griboyedov yazır: “Zati-aliləri, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin. Onlar elə bir qəbilədəndirlər ki, bir neçə onilliklər yaşadıqdan sonra bütün dünyaya buranın atalarının və ulu babalarının torpağı olduğunu bağırmağa başlayacaqlar."
 “Onlarla (ermənilərlə) heç vaxt razılığa gələ bilmədim. Onların hiyləgərliyi olduqca cəlbedicidir, alçaqlıq olduqca dözülməz və peşmanedicidir " Fransız səyyah Count de Cholier də erməniləri bu cür xarakterizə edir. Rus müəllif Nikolay Şavrov 1911-ci ildə  nəşr etdiyi əsərində vurğulayır ki,  Zaqafqaziyada yaşayan bir milyon üç yüz min ermənidən bir milyonu yerli deyil və onlar bölgəyə sonradan köçürülüb.  “Kim erməni xalqının qəhrəmanlığını eşidib? Azadlıq uğrunda apardıqları döyüşlərin adları harada həkk olunub? Heç bir yerdə! Çünki ermənilərin “qəhrəmanları” xilaskarlardan daha çox xalqlarının cəlladları olub.” Bu sitat rus diplomat General Mayevskinin xatirələri kitabındandır.  Polkovnik-leytenant Gryaznov 1915-ci ildə yuxarı komandanlığa  məruzəsində deyir: “Kəndlərə gedən yollarda nizələrlə deşik-deşik edilmiş müsəlman kəndlilərin cəsədləri səpələnmişdi, bədənlərinin bəzi yerləri yarılmış və daxili orqanları çölə tökülmüşdü. Əsasən qadınlar və uşaqlar idi! Bu cinayətləri erməni ordusu həyata keçirirdi. Vəhşicəsinə kəsilən çarəsiz insanlar dərin quyulara atılırdı. Qatil ermənilər evlərin birinə 80 nəfəri yığaraq onların başlarını üzdü." Beləliklə hələ o zaman erməni xisləti və yalanları ilə üzləşən bu insanlar fikir və sözləri ilə  gələcək nəsillərə erməni hiyləsi və terroru ilə bağlı sanki, xəbərdarlıq ismarıcı göndərib. Amma əfsuslar olsun ki, bu terror hələ də davam etməkdədir.  

Rəşad Nəsirov

.