Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5 207 mln. manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 0,3% artıb.
Bu barədə Yenizaman Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 4 536,4 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 0,8% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı |
2026-ci ilin yanvar- fevral aylarında istehsal edilib, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
|
Mədənçıxarma sənayesi |
5 207 |
100,3 |
|
Xam neft və təbii qaz hasilatı |
4 536,4 |
99,2 |
|
Metal filizlərinin hasilatı |
157,2 |
135,2 |
|
Mədənçıxarma sənayesinin digər sahələri |
32,6 |
91,4 |
|
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi |
480,8 |
120,2 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 4 331,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 6 496,8 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 3% azalıb, əmtəəlik qaz hasilatı isə 3% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri |
2026-cı ilin yanvar- fevral aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.03.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Xam neft və təbii qaz hasilatı |
|||
|
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
4 343,2 |
97 |
257,2 |
|
ondan əmtəəlik |
4 331,9 |
97 |
257,2 |
|
Təbii qaz, milyon kub metr |
8 187,9 |
102,3 |
- |
|
ondan əmtəəlik |
6 496,8 |
103 |
- |
