İranın son hücumunda regiondakı bütün ABŞ hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda bildirilib ki, 62-ci hücum dalğasında ABŞ-ın hərbi obyektləri, həmçinin İsrail ordusunun Təl-Aviv, Hayfa və digər şəhərlərdəki toplanma məntəqələri və dəstək mərkəzləri hədəf alınıb.

Qeyd olunub ki, hücumlar çoxbaşlıqlı “Qədr”, “Hacı Qasim”, “Emad” və “Xeybərşekən” tipli raketlərlə həyata keçirilib.

.