Parisin altıncı rayonunda böyük partlayışın olması xəbəri yayılıb.
Avropa.info xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər gedib. "The Sun”ın müxbiri Skot Kempbel "Twitter” səhifəsində yazıb ki, partlayış məişət xarakteri daşıyır. Məlumat hələ tam təsdiqlənməyib. 
Hadisə yerindən paylaşılan fotolarda yanğın görünür. Ətrafdakı binalara ziyan dəyib.
Hadisə yerində olan insanların evakuasiyasına başlanılıb. Xəsarət alanlar haqda məlumat yoxdur. 







.