"Bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib".

Bu barədə TƏBİB-in məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: "Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik". 
 

.